Hepatit c virus infeksiyası indi son illər istehsal olunan düz təsirli virus əleyhinə dərman preparatları ilə tam müalicə olunur. Əvvəllər hepatit c xəstəliyinin müalicəsi xeyli çətinlik törədirdi. Bu xəstəliyin tam müalicəsi olmadığı üçün xəstələr hepatit c virus infeksiyasının ağırlaşması olan qaraciyər sirrozundan insanlar vəfat edirdilər. O zamanlar (çox uzun tarix deyil, təqribən 10 il öncə) işlədilən interferon əsaslı müalicənin çoxlu yan təsirləri var idi. Üstəlik qaraciyər sirrozu mərhələsində bu dərmanların istifadəsi əks göstəriş idi, çünki qaraciyər sirrozu mərhələsində interferon olan-qalan qaraciyər hüceyrələrini də tezliklə sıradan çıxara bilərdi. Bu müalicənin yan təsirlərinin çoxluğu səbəbindən pasientlərin bir qismi müalicəni yarıda kəsirdi. Yan təsirləri nələr idi? Depressiya, bədən hərarətinin yüksəlməsi, ürəkbulanma, qusma, iştahanın itməsi, arıqlama, qan azlığı və s. Hazırda istifadə olunan dərmanlar isə sözün əsl mənasında hepatit c virus infeksiyasının müalicəsində bir inqilab oldu. Hər gün 1 dəfə dərman qəbul etməklə 3 aylıq müalicə kursu ilə bu xəstəlikdən yaxa qurtarmaq mümkündür.
Müalicə necə aparılır?
Bizdə müalicə Avropa və Amerika müalicə protokollarına uyğun olaraq aparılır. Yəni orada necə müalicə aparılırsa bizdə də eyni tərkibli dərmanlarla aparılır. Yalnız dərmanların istehsalçı ölkələri fərqlənir. Məsələn, Avropada, Amerikada o cümlədən qardaş Türkiyədə amerika və kanada istehsalı olan dərmanlar işlədilir. Bu ölkələrin dərmanlarını sığorta qarşıladığı üçün onlar üçün bu dərmanlar əlçatandır. Lakin bu dərmanlar çox bahalı olduğu üçün bizdə bu dərmanların istifadəsi uyğun deyil. Əvəzində isə həmin tərkibli dərmanların generikləri olan Misir istehsallı dərmanlar bizim ölkədə qeydiyyatdan keçib, qiyməti və keyfiyyəti yaxşıdır və çox yaxşı nəticələr əldə edilir. Müalicəyə başlamaq üçün əvvəlcə bəzi analizlər olunur. Analizlərin nəticəsi hazır olduqdan sonra müalicəyə başlanılır.
Hepatit c müalicə qiyməti nə qədər tutur?
Müalicəyə başlamaq üçün hepatit c analizləri 200 manata yaxın tutur. Müalicənin 1 aylıq kursu üçün dərmanların qiyməti 230 manatdır. Ümumi müalicə kursu 3 aydır. Dr. Mərdan Əliyevin konsultasiyası 50 manatdır.
Sizə sağlamlıq arzu edirik. Sağlamlığınızı hər zaman peşəkarlara etibar edin!
Bizimlə əlaqə:
Dok. Mərdan Əliyev
Tel. (070) 807-60-60