HAQQIMIZDA

Dr. Mərdan Əliyev
İnfeksionist Hepatoloq
Tel. (070) 807-60-60

Dr. Mərdan Əliyev 2003’cü ildə yüksək balla (612.4) Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakultəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra 2009-2010’cu illərdə Yoluxucu Xəstəliklər ixtisası üzrə internatura kursu keçmiş, Türkiyədə ixtisaslaşmışdır. 2011’ci ildə Hərbi Həkim kursunu uğurla bitirib Tibb Xidməti Leytenantı dərəcəsi almışdır. 2011-2013’cü illərdə Silahlı Qüvvələrin Ön Xəttə yerləşən N saylı Hərbi Hissəsində Hərbi Həkim vəzifəsində çalışmışdır. 2013’cü ildən Şamaxı Müalicə Diaqnostika Mərkəzində, 2016’cı ildən Bakı şəhərində yerləşən Medikus Klinikasında çalışır. Ölkə daxilində və xaricində bir çox kursların, konqreslərin və seminarların iştirakçısıdır. Azərbaycanda virus hepatitləri o cümlədən hepatit b və hepatit c infeksion xəstəliklərini yeni, düz təsirli antiviral dərmanlarla müalicə edən ilk həkimlərdəndir. Virus Hepatitləri və digər İnfeksion Xəstəliklər sahəsində müxtəlif araşdırmalar aparır və onların müasir müayinə və müalicəsi ilə məşğul olur. Yoluxucu xəstəliklər və qaraciyər xəstəlikləri üzrə mütəxəssisdir. Türkiyə Hepatitlərlə Savaşım Dərnəyinin, Avropa Qaraciyər Araşdırmaları Birliyinin, Amerika İnfeksion Xəstəliklər Cəmiyyətinin üzvüdür.


Təhsil

  • 2003-2009. Azərbaycan Tibb Universiteti, Müalicə Profilaktika Fakultəsi
  • 2009-2010. Yoluxucu Xəstəliklər ixtisası üzrə İnternatura Kursu
  • 2010. Türkiyə, Samsun, 19 Mayis Universiteti Enfeksiyon Hastalıkları bölümü
  • 2011. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzi, Hərbi Həkim kursu
  • 2015. Bioloji Əməkdaşlıq Proqramı, ABŞ`ın təşkilatçılığı ilə, Xüsusi Təhlükəli Patogen İnfeksiyaların Tanınması kursu, Təlimçi Kennedy Gauger.
  • 2019-2020. Türkiyə, İstanbul, Marmara Universiteti Xəstəxanasında gözlemci doktor

Müalicə etdiyimiz xəstəliklər:

  • Virus hepatitləri (A, B, C, D)
  • Sarılıq Xəstəlikləri
  • Qızdırmalı xəstəliklərin differensial diaqnostikası və müalicəsi
  • Kəskin respirator virus infeksiyaları
  • Koronavirus infeksiyası
  • Pnevmoniyalar
  • Bruselyoz
  • Sidik yolları infeksiyaları
  • Cinsi infeksiyalar
  • Qurd xəstəlikləri
  • Parazitar xəstəliklər
  • İshallar (infeksion)
  • Digər infeksion xəstəliklər

Üstünlüklərimiz

  • Avropa müalicə standartları
  • Ən effektiv dərmanlarla müalicə
  • Telefon və whatsapp ilə daim dəstək
  • Ən münasib qiymətlər

Ünvanımız: Medikus Klinikası, Şərifzadə küç. 55, Yasamal rayonu, 3 saylı ASAN xidmətin yanı

Telefon: (070) 807-60-60